Serbiya Prezidenti Aleksandr Vuçiç Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüş Moskvada Kreml fonunda keçirilib.
Vuçiç ötən gün Fitso ilə əl sıxarkən Kreml fonunda çəkilmiş videonu sosial şəbəkə hesabında yayımlayıb.
“Bu axşam Moskvada Fitso ilə qardaşlıq görüşü. Serblər və slovaklar əbədi olaraq qardaşdırlar”, - deyə Vuçiç sosial şəbəkədəki paylaşımında qeyd edib.
Qeyd edək ki, Vuçiç və Fitso faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya gediblər.
Bizim.Media