Bakı. Trend:
Amerikalı milyarder, “Microsoft” şirkətinin həmtəsisçisi BillQeyts 2045-ci ilə qədər xeyriyyə fondu vasitəsilə 200 milyarddollara yaxın varidatını ianə edəcəyini elan edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
69 yaşlı milyarder bildirib ki, az qala bütün sərvətindən imtinaetmək planlarını sürətləndirir və fondunu əvvəlki planlaşdırılantarixdən illər əvvəl – 2045-ci il dekabrın 31-də bağlayacaq.
Qeytsin sözlərinə görə, bu vəsait poliomielit və malyariya kimixəstəliklərin aradan qaldırılması, qadınlar və uşaqlar arasındaqarşısı alınan ölümlərin sona çatdırılması və qlobal yoxsulluğunazaldılması kimi hədəflərinə çatmağa yardım edəcək.