EN

“Varlı ölmək istəmirəm” – Bill Qeyts sərvətini buna xərcləyəcək

Transmilli “Microsoft” korporasiyasının yaradıcılarından biri Bill Qeyts 20 il ərzində bütün sərvətini xeyriyyəçilik üçün xərcləyəcəyini açıqlayıb.


Manset.az Report.az-a istinadən xəbər verir ki, o, bu barədə bloqunda yazıb.

"Pulumu cəmiyyətə əvvəlcə planlaşdırdığımdan daha tez qaytarmaq qərarına gəldim. Növbəti 20 il ərzində bütün sərvətimi Qeyts Fondu vasitəsilə bütün dünyadakı insanların həyatını xilas etmək və yaxşılaşdırmaq üçün xəsrcələyəcəyəm", - o qeyd edib.

“Öləndə haqqımda çox şeylər deyiləcək, amma qərara gəldim ki, insanların deyəcəyi sözlərdən biri “O, varlı öldü” olmamalıdır", - o əlavə edib. Oktyabrda 70 yaşı tamam olacaq Qeyts yazıb ki, başqalarına kömək edə biləcək resursları saxlaya bilmək üçün təcili diqqətə ehtiyacı olan çoxlu problemlər var.

Qeyts Fondu 2045-ci il dekabrın 31-də bağlanacaq. Fond bu müddət ərzində 200 milyard dollardan çox vəsait xərcləməlidir.

Yanvar ayında Qeyts “Microsoft”un mobil əməliyyat sistemi bazarına çıxmamasını özünün "ən böyük 

Chosen
0
6
manset.az

9Sources