Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şimal-qərb küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
10Sources
-
7news.azSabah 28 dərəcə isti olacaq ( 17205056)
-
ictimairey.azSabah 28 dərəcə isti olacaq ( 17204729)
-
korrespondent.azSabah 28 dərəcə isti olacaq ( 17204375)
-
hafta.azSabah 28 dərəcə isti olacaq - Proqnoz ( 17204333)
-
hit.azSabah hava necə olacaq? ( 17204273)
-
olay.azYağış yağacaq... ( 17204183)
-
news365.azSabah 28 dərəcə isti olacaq ( 17203445)
-
gundem.azSabah Bakıda 26° isti olacaq ( 17203193)
-
musavat.comSabah 28 dərəcə isti olacaq ( 17203196)
-
7times.azSabahın hava proqnozu açıqlanıb ( 17203109)