EN

Hindistan ordusu Pakistanın çoxsaylı hücumlarını dəf etdi

BAKI, 9 may. TELEQRAF

Hindistan ordusu gecə saatlarında Pakistandan çoxsaylı hücumları dəf edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin yaydığı məlumatda deyilir.

“Mayın 8-dən 9-na keçən gecə Pakistan silahlı qüvvələri bütün qərb sərhədi boyunca pilotsuz uçan aparatlar (PUA) və digər hərbi sursatlardan istifadə etməklə çoxsaylı zərbələr endirib”, - qurum qeyd edir.

Həmçinin bildirilir ki, Pakistan qüvvələri Cammu və Kəşmir istiqamətlərində də atəş açıb.

Chosen
0
teleqraf.com

1Sources