EN

Konfrans Liqası: “Çelsi” finalda “Betis”lə üz-üzə gələcək

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Publika.az xəbər verir ki, “Çelsi” İngiltərədə İsveçin “Yurqorden” komandasını qəbul edib. İlk matçda 4:1 hesabı ilə qalib gələn London klubu bu dəfə də sevinən tərəf olub - 1:0. Bununla da "zadəganlar" finala yüksəlib.

İspaniyanın “Betis” klubu isə İtaliyada “Fiorentina”nın qonağı olub. İlk matçda 2:1 hesabı ilə rəqibini məğlub edən Sevilya təmsilçisi cavab görüşündə eyni hesabla uduzub. Əlavə vaxta gedən qarşılaşmada bir top vuran "Betis" həlledici raundda "Çelsi" ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası

Yarımfinal, cavab oyunları

8 may

23:00. “Fiorentina” (İtaliya) - “Betis” (İspaniya) - 2:2

Chosen
0
10
publika.az

10Sources