EN

Naqasaki bütün ölkələri anım mərasiminə dəvət etdi

BAKI, 9 may. TELEQRAF

Naqasaki meri şəhərə atom bombası atılmasının 80-ci ildönümü münasibətilə keçiriləcək anım tədbirinə "bütün ölkələrin” nümayəndələrini dəvət edəcək.

Teleqraf “EuroNews”a istinadən xəbər verir ki, bu barədə Naqasakinin meri Şiro Suzuki bildirib.

Onun sözlərinə görə, Rusiya, Belarus və İsrail də daxil olmaqla, Yaponiyada diplomatik missiyaları olan 157 ölkə və region tədbirə dəvət olunacaq.

Şiro Suzuki bildirib ki, dünyada münaqişələrin artdığı bir zamanda bütün ölkələrin nümayəndələri nüvə silahından istifadənin amansız nəticələrini görməlidir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müdaxiləsi səbəbindən Rusiya və müttəfiqi Belarus 2022-ci ildən bu tədbirə dəvət almır. Ötən il isə Qəzzada aparılan əməliyyatlar səbəbindən İsrail də anım tədbirinə dəvət olunmamışdı.

Xatırladaq ki, ABŞ-nin 6 avqust 1945-ci ildə Hirosimaya, bundan 3 gün sonra isə Naqasakiyə atom bombası atması nəticəsində nəticəsində 210000-dən çox insanı ölüb.

Chosen
0
teleqraf.com

1Sources