BAKI, 9 may. TELEQRAF
Fransa daxili işlər naziri Bruno Retailleau universitetlərdə baş örtüyünə qadağa qoyulmasının tərəfdarıdır.
Teleqraf xəbər verir ki, nazir jurnalistin "universitetlərdə hicab qadağan edilməlidirmi" sualına belə cavab verib: "Bəli, mən bunu istəyirəm, çünki klassik müsəlman inancına uyğun gəlməyən bir islamçılığın olduğunu çox açıq şəkildə görürəm".
Retailleau qeyd edib ki, hazırda öz dəyərlərini sırımağa çalışan bir islamçılıq var: “Siyasi İslam müsəlmanların imanını təhrif edir”.
Fransada 2004-cü ilin mart ayından ibtidai və orta təhsildə hicab qadağası tətbiq olunur, lakin universitetlər bundan azaddırlar.