Yeni Papa katoliklərə müraciət etdi
BBC News xəbər verir ki, 69 yaşlı Papa XIV Leo Sikstin kapellasının eyvanından ilk dəfə dindarlara müraciət edib:-"Hamınıza salam olsun. Əziz bacı və qardaşlar, bu, dirilmiş Məsihin ilk salamıdır. Harada olursunuzsa olun, ailələrinizə, hamınıza əmin-amanlıq salamlarını çatdırmaq istəyirəm. "Sülh sizinlə olsun" dedi. Papa XIV Leo daha sonra iki günlük konklavda onu seçən kardinallara təşəkkür edib. Camaat onu alqışlayanda o, qısa müddətə dayandı. "Hamımız birlikdə Allahın bizim üçün hazırladığı vətənə gedə bilərik: "Roma kilsəsinə xüsusi salamlar" dedi. Daha sonra pontifik Perudakı keçmiş yeparxiyasına təşəkkür etmək üçün ispan dilinə keçdi, burada "sədaqətli bir xalq imanını bölüşdü və ona çox şey verdi"-deyə bildirdi. İtalyan dilinə qayıdan yeni pontifik toplaşanları Müqəddəs Məryəmə xeyir-dua verməsi üçün dua etməyə çağırdı. Daha sonra o, alqışlarla qarşılanan qısa dua edib. Yeni Papa çıxışını bitirdikdən sonra müqəddəslərə və Madonnaya ehtiramını bildirərək latın dilində dini hissə oxudu. Surxay Əliyev