EN

Pakistan Hindistana raketlərlə cavab verib

Pakistan

Hindistanın Kəşmir vilayətinin Cammu hava limanında partlayışlar baş verib. Partlayışlar mayın 8-də, axşam saatlarında Kəşmir vilayəti ilə yanaşı Cammu şəhərindəki mülki hava limanında qeydə alınıb.

Reyting.az
-ın "Reuters"-ə istinadla verdiyi məlumata görə, silsilə partlayışlardan az sonra Hindistan ordusu bəyan edib ki, Pakistan şəhərə pilotsuz təyyarələrlə və raketlərlə hücum edib.

Artıq Cammuda elektrik enerjisinin kəsildiyi bildirilir.

Hindistan tərəfinin təhlükəsizlik rəsmisi "Reuters" deyib ki, şəhərin 5 bölgəsindəki ordu obyektləri vurulub. Adını açıqlamayan digər hərbi mənbə bildirib ki, hava hücumundan müdafiə qüvvələrinin Cammu bölgəsində səkkiz raketi ələ keçirilib. Pakistanın ümumilikdə neçə raket atdığı bəlli deyil.

Oqtay QORÇU
Chosen
0
reyting.az

1Sources