EN

Zelenski Trampla müzakirələr apardı

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə respublika prezidentinin aparatının müşaviri Sergey Leşşenko öz Teleqram kanalında bildirib.

O, söhbətin təfərrüatlarının daha sonra açıqlanacağını vurğulayıb.

Bundan əvvəl Tramp Zelenski ilə tezliklə telefon danışığı etmək niyyətində olduğunu bildirib. 

Mayın 8-də Ali Rada əvvəllər ABŞ və Ukraynanın imzaladığı faydalı qazıntı sazişini ratifikasiya edib. 

Mayın 1-də Ukrayna və ABŞ mineral ehtiyatlara dair saziş imzalayıblar ki, bu da, xüsusən, hasilat sənayesində ölkələrin birgə layihələri üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur. Müqaviləyə əsasən, Kiyev yerin təki üzərində nəzarəti özündə saxlayacaq və yataqların işlənməsi üçün yeni lisenziyalardan əldə edilən gəlirlər ölkənin yenidən qurulmasına sərf olunacaq.

TuranİSMAYIL

 

Chosen
0
redaktor.az

1Sources