EN

ABŞ-nin İsraildəki səfiri: “İsraildən icazə almaq məcburiyyətində deyilik”

BAKI, 6 may. TELEQRAF

Vaşinqtonun husilərə qarşı münasibəti İsrailə hücumlar zamanı ABŞ vətəndaşlarının zərər görüb-görməməsindən asılı olacaq.

Teleqraf “The Times of İsrael”ə istinadən xəbər verir ki, bunu ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi deyib.

"ABŞ husilərin bizim gəmilərimizə atəş açmasının qarşısını alacaq hər hansı bir razılaşma əldə etmək üçün İsraildən icazə almaq məcburiyyətində deyil", - səfir bildirib.

O, ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Devid Vens ilə danışdıqdan sonra bu fikrə gəldiyini söyləyib.

"İsraildə 700 min amerikalı yaşayır. Əgər husilər İsrailə qarşı əməllərini davam etdirmək istəyirlərsə və bu zaman soydaşlarımız zərər çəksə, onda biz işə qarışacağıq", - səfir deyib.

Xatırladaq ki, mayın 6-da Omanın vasitəçiliyi ilə ABŞ və Yəmən husiləri arasında atəşkəs barədə razılıq əldə olunub. Bundan sonra üsyançı qrup İsrailə hücumların davam etdirəcəyini bəyan edib.

Chosen
0
teleqraf.com

1Sources