EN

Şuşada 17 milyon manata yaşayış binaları tikiləcək


"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxsi Şuşa şəhərində binaların tikintisinə 17 milyon 286 min 741 manat vəsait xərcləməyi planlaşdırır.
Gender.Az Teleqraf-a istinadən xəbər verir ki, qurum bu məbləğə şəhərin D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikinti işlərini icra edəcək müvafiq şirkət axtarışındadır.
Qeyd edək ki, sözügedən işlər üzrə tender elan edilib və təkliflərin son təqdimolunma tarixi iyunun 30-dur.

Chosen
0
7
gender.az

8Sources