EN

Rusiya qazının Avropaya tədarükü bərpa oluna bilər

Moskva və Vaşinqton Avropaya Rusiya qazının tədarükünün bərpa olunması imkanını müzakirə edir.
 
Moderator.az xəbər verir ki, bunu "Reuters" öz mənbələrə istinadən bildirir.
 
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhə nail olmaq üçün qaz tədarükü məsələsində güzəştə getməyə hazırdır.
 
Bildirilir ki, Moskvanın Avropa İttifaqının qaz bazarındakı rolunun bərpası Rusiya Prezidenti Vladimir Putinlə sülh sazişinin möhkəmləndirilməsinə kömək edə bilər.
 
Hazırda isə Avropa İttifaqı ölkələri 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalını qadağan etmək üçün tədbirlər təklif etmək niyyətindədirlər.
Chosen
0
moderator.az

1Sources