EN

Yüksək Liqa: "Araz-Naxçıvan" autsayderə rəhm etmədi

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 17-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, "Olimpik Star"da baş tutan görüşlərdə sürpriz yaşanmayıb.

İddialılar zəif rəqibləri ilə görüşlərdə 3 xal əldə ediblər. Düzdür, günün ilk matçında "Baku Fire" "Şuşa" kollektivini çətinliklə üstələyib - 5:4 hesabı. Elə günün son görüşündə də "Neftçi" İK U-19 kollektivini məğlub etmək üçün xeyli tər tökməli olub - 4:2. 

Əvəzində lider "Araz-Naxçıvan" "Yasamal Bakı"ya heç bir şans tanımayıb. Naxçıvanlılar aşkar autsayderi 22:0 hesabı ilə darmadağın edib.

Beləliklə, turnir cədvəlində yerdəyişmə baş verməyib. "Araz-Naxçıvan" 17 turdan sonra 43 xalla zirvədəki mövqeyini qoruyub. Liderin ən yaxın izləyicisi "Neftçi" İK komandasının 40, "üçlüy"ü qapayan "Baku Fire"nin isə 38 xalı var. 

Chosen
0
fanat.az

1Sources