Vatikanda kardinallar amerikalı Robert Prevosti Roma Katolik Kilsəsinin yeni rəhbəri seçiblər.
Publika.az xəbər verir ki, o, XIV Leo adını götürüb.
Roma Papası həm Müqəddəs Taxt-Tacın, həm də Vatikan Dövlətinin başçısıdır.
Mayın 7-də Vatikanda Konklav açılıb - 133 kardinal yeni papa seçmək üçün Sikstin kapellasına toplaşıb.
Bundan əvvəl Vatikan Papa Fransiskə məxsus iki güc simvolunu ləğv etmək üçün prosedurdan keçmişdi.