EN

Şuşada 17 milyon manata yaşayış binaları tikiləcək

  “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxsi Şuşa şəhərində binaların tikintisinə 17 milyon 286 min 741 manat vəsait xərcləməyi planlaşdırır.

Referans xəbər verir ki, qurum bu məbləğə şəhərin D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikinti işləri həyata keçiriləcək.

Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində artıq bununla bağlı müvafiq işlərə start verilib.

Qurum hazırda sözügedən işləri yerinə yetirəcək şirkət axtarışındadır.

Qeyd edək ki, sözügedən işlər üzrə tender elan edilib və təkliflərin son təqdimolunma tarixi iyunun 30-dur.  /globalinfo.az

Chosen
0
7
referans.az

8Sources