EN

Bakıda bu ərazilərdə evlər kəskin BAHALAŞACAQ - VİDEO

Bakıda

Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq.İqtisadçı Kənan Quluzadə "Xəzər Xəbər"ə deyib ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi rayonlarında yeni tikililərdə mənzillərin kvadrat metrinə düşən qiymət xeyli aşağı olub.O qeyd edib ki, mənzil bazarında baş verən qiymət artımının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır.Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında ilkin mənzil bazarında 55 faiz qiymət artımı qeydə alınıb. Ən yüksək artım Ağ Şəhər ərazisində olub. Həmçinin, Nardaran-Ləhiş bağlarında, "SeaBreeze"də torpaq 70-100 faiz arasında bahalaşıb.Artım prosesinin davamlı olacağını bildirilir.Ekspert onu da bildirib ki, paytaxtda 150-dən çox binanın qəzalı olması ilə bağlı rəy verilib, bu binalar artıq istismar müddətini bitirib. Lakin hələ də tikinti şirkətləri üçün bazarda müvafiq şərait yaradılmayıb, bu isə o deməkdir ki, qiymətlərdə bahalaşma tendensiyası davam edəcək.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi

Hansı Bürc Ailəyə Daha Yaxındır? Sizin Bürcünüz Nə Deyir?

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Chosen
0
14
ulusum.az

10Sources