EN

Hindistanın "IndiGo" şirkəti iyunun 14-nə qədər Daşkənd və Almatıya reysləri dayandırıb

Hindistanın "IndiGo" aviaşirkəti iyunun 14-nə qədər Daşkənd və Almatıya gündəlik reysləri dayandırıb.

BAKU.WS Report"a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi PTI agentliyinə bildirib.

Pakistanın aprelin 24-dən hava məkanının bağlanmasından sonra Qərbə uçuşlar həyata keçirən Hindistan aviaşirkətləri daha uzun marşrutlar seçməyə başlayıblar.

Dar gövdəli təyyarələr isə uzun müddət ərzində yerə enmədən uçuşlar həyata keçirə bilmirlər. "IndiGo" Qazaxıstan və Özbəkistanın paytaxtlarına "Airbus" dar gövdəli təyyarələri ilə uçuşlar həyata keçirir.

"Təəssüf ki, Almatı və Daşkənd "IndiGo"nun hazırkı parkının əməliyyat diapazonu xaricindədir", - aviaşirkət bildirib.

Chosen
0
1
far.az

10Sources