EN

Vətən müharibəsi qazisi vəfat etdi - FOTO

Vətən müharibəsi qazisi Mətləb Əhmədov vəfat edib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, onun bu gün Bakıda vəfat etdiyi bildirilsə də, ölüm səbəbi açıqlanmayıb.

Mərhumun nəşinin bu gün paytaxtdan Naxçıvana göndərildiyi bildirilir.

Qeyd edək ki, Əhmədov Mətləb Hüseyn oğlu Vətən müharibəsinə könüllü qatılıb. O, döyüşlərdə iştirakına görə Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

 

Chosen
0
24
musavat.com

10Sources