Bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.AFN.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib:Axundov Elçin Əbdül oğluAmənzadə Raihə Barxudar qızıFərəcov Sərdar Fərəculla oğluGöyüşov Nəsib Cümşüd oğluMəmmədov Sabir Novruz oğluRövşən Ramiz Məmmədəli oğluYaqubova Ella İsmayıl qızı.Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği hazırda 1500 manat təşkil edir. Təqaüd ömürlük verilir.