EN

Paytaxt məktəblərində Ümummilli Liderə həsr olunmuş tədbirlər keçirilib

Bakı, 8 may, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.

Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında göstərdiyi tarixi xidmətlər, ölkənin rifahi naminə gördüyü misilsiz işlər barədə şagirdlərə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın müasir tarixinin ən parlaq səhifələrini əhatə edən dövr məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə böyük və sürətli inkişaf yolu keçib.

Bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Heydər Əliyevin tərəqqinin yeganə yolunu xalqın maariflənməsində gördüyü şagirdlərin diqqətinə çatdırılıb. Vurğulanıb ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər məhz Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi xəttin bəhrələridir. Qeyd olunub ki, Ümummilli Liderin siyasi kursunu həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya birliyində xüsusi yeri olan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nüfuzlu ölkə kimi tanınır.

Tədbirlərdə Ulu Öndərin keçdiyi zəngin həyat yolundan bəhs edən videoçarxlar təqdim olunub. Həmçinin məktəblilər onlara ərmağan edilən müasir, müstəqil Azərbaycanın memarına ehtiram əlaməti olaraq şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

Məktəb kollektivlərinin Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı Fəxri xiyabana ziyarətləri də təşkil olunub.

Chosen
0
4
azertag.az

5Sources