EN

Dünyanın ən böyük avtomobil istehsalçısı tariflərə məruz qalıb

Dünyanın

Dünyanın ən çox satılan avtomobil istehsalçısı olan Toyota 2025-2026-cı maliyyə ili üçün mənfəət proqnozunu 21 faiz azaldıb.

Xalqcebhesi.az xəbər verir ki, şirkətin qərarı ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarının təsirinin artması və yapon yeninin dəyər qazanması fonunda verilib.

Toyota 2026-cı ilin mart ayına qədər olan dövrdə əməliyyat mənfəətinin 3,8 trilyon yen (təxminən 26 milyard dollar) olacağını gözləyir.

Bu rəqəm əvvəlki maliyyə ilində qeydə alınan 4,8 trilyon yendən əhəmiyyətli dərəcədə azalma deməkdir. Lakin təxmin LSEG tərəfindən analitik sorğusunda orta hesabla 4,75 trilyon yen gözləntisinə yaxındır.

Toyota xəbərdarlıq etdi ki, ABŞ-a ixrac rüsumlardan mənfi təsirlənməklə yanaşı, bu siyasətlər ümumi istehlakçı inamını da sarsıda bilər. Şirkət rəsmiləri öz təqdimatlarında vurğuladılar ki, mənfəət gözləntilərinin azalmasının əsas səbəbləri Yapon yeninin möhkəmlənməsi, xammal qiymətlərinin artması və ticarət siyasətidir.

Toyota ABŞ-da istehsal gücünü genişləndirmək qərarına gəlsə, daha yüksək əmək xərcləri və kapital məsrəfləri ilə üzləşə biləcəyini bildirir.

Toyota-nın Çində satışları digər Yapon markalarına nisbətən daha az azalsa da, dünyanın ən böyük avtomobil bazarında Çin istehsalçılarının artan rəqabəti qarşısında şirkətin satışlarını sabit saxlamaqda çətinlik çəkdiyi bildirilir.

Məryəm

Chosen
0
1
xalqcebhesi.az

2Sources