EN

Polşa hakimiyyəti Almaniyadan təzminat almaq məsələsini bağlamayıb

Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib ki, respublika II Dünya müharibəsi zamanı dəymiş ziyana görə Almaniyadan təzminat alınması məsələsini bağlamayıb.

HİT.az xəbər verir ki, nazir bu barədə "RadioZet"in efirində danışıb.

"Almaniya II Dünya müharibəsi ilə hesablaşmayıb, məsələ bağlanmayıb. Biz Almaniyadan olan həmkarlarımızla görüşlərdə bunu tələb etmişik. İnanıram ki, yeni kanslerlə bu, əvvəlkindən daha asan olacaq", deyə Kosinyak-Kamış bildirib.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk demişdi ki, Polşa artıq II Dünya müharibəsi zamanı dəymiş ziyana görə Almaniyadan təzminat tələb etməyəcək.

Keçən il Tusk demişdi ki, Polşa II Dünya müharibəsi üçün kompensasiya əvəzinə Almaniya ilə hərbi əməkdaşlıqdan razı qala bilər.

Samir

Chosen
0
hit.az

1Sources