EN

Pirallahıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib -Fotolar



08 may 2025-ci il tarixdə Pirallahı rayonunda Pirallahıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir. Tədbirdə RİH başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli, Pirallahı rayon ictimaiyyətinin nümayəndələri ,YAP fəalları, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

aia.az xəbər verir ki, tədbirdən öncə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, YAP Pirallahı rayon təşkilatı sədri Emil Abasovun, rayonda fəaliyyət göstərən idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Pirallahı qəsəbəsinin girişində yerləşən körpü yaxınlığında ağacəkmə aksiyası keçirilib. Ərazidə baş tutan aksiyada 150 ədəd ağac və gül kolu əkilib, ətraf mühitin mühafizəsi və yaşıllıqların qorunması istiqamətində tədbirlər həyata keçirilib.
Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. İştirakçılar daha sonra Pirallahı Gənclər Evində təşkil olunmuş “4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin yetirmələrinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Daha sonra mövzu ilə əlaqədar video-çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açaraq, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi. O bildirdi ki, Heydər Əliyev mürəkkəb geosiyasi şəraitdə milli suverenliyi qorumağı bacardı, siyasi sabitliyi təmin etdi və dövlət idarəetmə institutlarını gücləndirdi. Onun rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar nəticəsində hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşması üçün möhkəm zəmin yaradıldı. Təsadüfü deyil ki, məhz o, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi. Natiq vurğuladı ki, Müstəqil Azərbaycanın dövlət quruculuğunda əsaslı dönüş nöqtələrindən biri 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bu mühüm normativ-hüquqi akt, məhz Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və hüquqi baxışları nəticəsində hazırlanaraq qəbul edilmişdir. Konstitusiya dövlətin ali hüquqi qüvvəyə malik sənədi olmaqla, suverenlik, dövlət müstəqilliyi, hüquqi dövlət, demokratiya, hakimiyyətin bölünməsi, insan və vətəndaş hüquq və azadlıqları kimi fundamental prinsipləri özündə əks etdirir. Heydər Əliyev konstitusionalizm ideyasını yəni dövlətin hüquq əsasında idarə olunması prinsipini daima ön planda saxlamış, qanunun aliliyi, hüquqi legitimlik, institusional islahatlar və idarəetmədə hüquqi mexanizmlərin tətbiqinə böyük önəm vermişdir. Konstitusiyanın qəbulu ilə Azərbaycan pragmatik hüquqi sistemə keçid etmiş, vətəndaşların hüquqi statusu konkretləşdirilmiş və dövlətin konstitusion məsuliyyəti müəyyənləşdirilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov çıxış edərək diqqətə çatdırmışdır ki, müəllifi Ulu Öndər Heydər Əliyev olan 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyasının tarixi rolundan və sonrakı illərdə həyata keçirilən təkmilləşdirmələrdən danışıb. Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi bu sahədə həyata keçirilən tədbirlərə xüsusi aktuallıq qazandırıb. Vasif İmanov bildirib ki, rayon üzrə tədbirlər planı çərçivəsində bu günə qədər 5 tədbir, 3 ağacəkmə aksiyası, 2 xeyriyyə aksiyası və müxtəlif idman yarışları təşkil olunub. O, vətəndaşların konstitusiyaya hörmət və bağlılığını gücləndirməyə yönəlmiş bu tədbirlərin davamlı olacağını da qeyd edib.

Mövzu ətrafında çıxış edən Elmin İmanov, Asif Əsgərli və Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov bildirdilər ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin hüquqi təməllərini formalaşdıraraq, Konstitusiyanı dövlətin ali hüquqi sənədi kimi təsbit etmişdir. O, hüquqi dövlət, qanunun aliliyi, insan hüquq və azadlıqları, hakimiyyət bölgüsü kimi konstitusion prinsiplərin tətbiqini strateji prioritetə çevirmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi və hüquqi kurs davam etdirilir, konstitusion islahatlar, hüquqi institutların inkişafı və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Nəticədə, Azərbaycan hüquqi cəmiyyət və güclü dövlət modelinə doğru inamla irəliləyir.

Rəsmi hissənin sonunda rayonun ictimai həyatında fəal iştirakları ilə seçilən bir sıra şəxslərə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, Rayon Ağsaqqallar Şurasının bir neçə üzvünə mükafatlar, Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olunmuş şəxslərə isə partiya biletləri təqdim olunub. Eyni zamanda S. Murtuzəliyev küçəsi 37 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Zəmanə Səmədovaya 60 illik yubileyi münasibəti ilə hədiyyə təqdim olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.



Chosen
0
aia.az

1Sources