Ajans.az xəbər verir ki, o, verilişində şəxsi həyatına dair açıqlama verib: “45 yaşımda atalıq hissi yaşamışam” – deyə Tolik canlı yayımda bildirib. Aparıcının sözlərinə görə, bu müddət ərzində övladının gündəmə gəlməsini istəməyib və ailə həyatını diqqətlərdən uzaqda saxlamağa çalışıb. O, bunları əlavə edib: “Allah hər kəsin evində xoş günlər nəsib etsin. Bilirəm ki, ekran qarşısında olan məni sevənlər düşünür: bu necə oldu? Neçə aylardır dünənki hadisə necə gizli qaldı? Allah balanı saxlasın deyəndə və ya balalarımız xoşbəxt olsun deyəndə ürəyimdə bir sızı olurdu. Öz balam olmadığı üçün bu sözləri tam səmimiyyətlə deyə bilmirdim.” Tolik qeyd edib ki, uşağının gündəmə gəlməsini istəmədiyi üçün bu xəbəri paylaşmaqdan çəkinib: “Məclisə çox az insan dəvət etmişdim. Dostlarım demək olar ki, yox idi, əsasən qohumlar – bibim, bibim qızları iştirak edirdi. Bəzi müğənnilər bu səbəbdən məndən incidi, hətta blok edənlər də var. Amma vurğulayıram: mən pul yığmaq üçün məclis etmirəm.” Sonda isə tanınmış aparıcı bunları deyib: “Allah hamının balasını saxlasın. Bu mənim həyatımdı, bu mənim həyatımda baş verən hadisədir.” ©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.