EN

Məktəblərdəki xüsusi siniflərin sayı məlum oldu

Bakı. Trend:

Ümumtəhsil müəssisələrində 120-dən artıq xüsusi siniflərvar.

Trendxəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov TəhsilTV-də yayımlanan "360 dərəcə təhsil" verilişində deyib.

"İnteqrasiya təlim-tədris müəssisələri var ki, orada xüsusisiniflər fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud olanuşaqlar həmin siniflərdə təhsil alır. Bu siniflərdə inteqrasiyaüçün imkanlar daha çoxdur. İnteqrasiyadan da vacib, əsas olan odurki, bu məktəblər uşaqların evlərinə daha yaxındır. Xüsusiixtisaslaşmış təhsil müəssisələri, adətən, böyük şəhərlərdə olur.Çünki xüsusi təhsil müəssiələrinin olması üçün say 100 nəfərdənartıq olmalıdır”, - sektor müdiri bildirib.

O qeyd edib ki, uşaqlar ailələrindən ayrılıb xüsusi təhsilmüəssisələrinə getməsin deyə, öz ailəsində, öz evində yaşasın deyəinteqrasiya təlim-tədris müəssisələri yaradılır.

“İnklüziv təhsil inteqrasiyadan sonra gələn daha yenimərhələdir. Bu gün Azərbaycanda ümumtəhsil müəssisələrində 120-dənartıq xüsusi siniflərimiz var. Bu, bölgələrdə, kəndlərdə,qəsəbələrdə də mövcuddur. Hətta 1 uşaq da olsa, onun xüsusi təhsiləehtiyacı varsa, uşaq üçün həmin kənddə, qəsəbədə xüsusi siniftəşkil olunmalıdır”, - deyə Anar Xələfov əlavə edib.

Məqalədə:
Chosen
0
az.trend.az

1Sources