Son günlərdə icbari tibbi sığorta üzrə xidmətlər zərfində edilən dəyişikliklər insanlar tərəfindən müzakirələrə səbəb olub. Onları narahat edən məsələlərdən biri digər müayinələrin də ödənişli olma ehtimalıdır.
Bəs hansı müayinələr sığortadan çıxarıla bilər?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab bildirilib ki, insanların narahatlığına əsas yoxdur:
“Hazırda müayinlərin Xidmətlər Zərfindən çıxarılması nəzərdə tutulmayıb”, - deyə agentlikdən diqqətə çatdırılıb.
Aygün Hüseyn, Bizim.Media