
Bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Reyting.az xəbər verir ki, sərəncamda 2025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olduğu qeyd olunub.
Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq şairi Fikrət Qocanın 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməsi tapşırılıb.