EN

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib (FOTO)

Bakı. Trend:

İsveç Krallığının paytaxtı Stokholm şəhərində Skandinaviyaölkələrində yaşayan azərbaycanlılarla görüş və Skandinaviya AKŞ-nintoplantısı keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, görüş Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyiuğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin ehtiramlayad olunması ilə başlayıb.

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının İsveç üzrəkoordinatoru İradə Əliyeva Söderberq, Skandinaviya AKŞ-nin Norveçüzrə koordinatoru, Norveç Azərbaycanlıları Gənclər Təşkilatınıntəsisçisi və Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev,Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri MehribanƏliyeva-Sadiqi, Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısıMona Savojifar və digər fəal icma üzvləri çıxış ediblər. Çıxışlardabu ölkələrdəki icmanın fəaliyyəti barədə ətraflı məlumatverilib.

“Prezident İlham Əliyevin rəhbərliyi dövründə yeni meyarlarlazənginləşdirilən diaspor siyasəti xaricdəki Azərbaycan icmalarınıninkişafına mühüm töhfələr verir və diasporumuzun “yumşaq gücə”çevrilmə imkanlarını artırır” - Azərbaycan icması ilə görüşdə bufikirləri Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini ElşadƏliyev səsləndirib.

Sədr müavini komitənin fəaliyyət istiqamətləri barədə danışıb,soydaşlarımızın ölkəmizi xaricdə uğurla təmsil etdiklərinideyib.

Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya vəDanimarkadakı səfirliyinin birinci katibi Əsgər Nağıyev bildiribki, bu görüş Skandinaviya ölkələrindəki Azərbaycan icmalarınınfəaliyyətini müzakirə etmək və perspektivləri müəyyənləşdirmək üçünböyük bir fürsətdir. Görüş icma üzvlərinin suallarınıncavablandırılması ilə davam edib.

Daha sonra İsveçdəki “Qarabağ” Cəmiyyətinin üzvü Aida AmirHaşimi İsveç Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Stokholmşəhəri üzrə, İsveçdə fəaliyyət göstərən "Qarabağ AzadlıqMərkəzi"nin sədri Ülviyyə Nəcəfova isə Yöteborq şəhəri üzrəkoordinator seçiliblər.

Sonda İsveç Azərbaycanlıları Koordinasiya Şurasının İdarəHeyətinin üzvü Sevinc Nemətovaya, “Qarabağ Azadlıq Mərkəzi”ninsədri Ülviyyə Nəcəfovaya və “Tribun" jurnalının baş redaktoru,"Azərbaycan Tribunu" saytının rəhbəri Əlirza Qəzvinizadəyə təltifolunduqları “Diaspor fəaliyyətində xidmətə görə” AzərbaycanRespublikasının medalları təqdim edilib.

Tədbir İradə Əliyeva Söderberqin moderatorluğu iləkeçirilib.

Skandinaviya
Skandinaviya
Skandinaviya
Skandinaviya
Skandinaviya
Skandinaviya
Skandinaviya
Skandinaviya
Skandinaviya
Chosen
0
2
az.trend.az

3Sources