EN

Azərbaycan-Vyetnam əlaqələrində yüksək dərəcədə yüksəliş nəzərə çarpır -ŞƏRH

Azərbaycan ilə Vyetnam Sosialist Respublikası arasında münasibətlər tarixi dostluq və qarşılıqlı dəstəyə əsaslanır. Hələ ötən əsrdə, Vyetnam Azadlıq Müharibəsi və ölkənin birləşməsi uğrunda apardığı mübarizə dövründə Azərbaycan xalqı SSRİ-nin tərkibində olmasına baxmayaraq, Vyetnama mənəvi və siyasi dəstək göstərmiş, bu mövqe vyetnam xalqı tərəfindən yüksək dəyərləndirilmişdir. Tarixi faktlar arasında Ho Şi Minin vaxtilə Azərbaycana etdiyi səfər, eləcə də Ümummilli Lider Heydər Əliyevin Vyetnama olan münasibəti mühüm yer tutur. Müasir dövrdə Azərbaycan ilə Vyetnam arasında əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatı, BMT-nin müxtəlif strukturları və AQƏM kimi platformalarda uğurla davam etdirilir. Eyni zamanda, ASEAN ilə Azərbaycan arasında institusional əməkdaşlığın qurulması istiqamətində də fikir mübadiləsi aparılır. 

AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Sherg.az-a bildirib ki, Azərbaycan-Vyetnam əlaqələrində son günlərdə nəzərə çarpacaq dərəcədə yüksəlişin olması təbii ki, çox sevindirici haldır:

“Unutmayaq ki, bu ölkə yerləşdiyi regionun vacib dövlətlərindən biri hesab olunur. İxracatda Azərbaycan Vyetnama böyük önəm verir. Təsəvvür edin ki, 2024-cü ilin statistik göstəricilərinə təkcə bu il üzrə əsasən Vyetnama 78 milyon dollar həcmində məhsul ixrac etmişik. Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın və xanımı No Fon Linin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti və xanımı tərəfindən yüksək səviyyədə qəbul olunmaları, şərəflərinə dövlət ziyafətinin verilməsi həm də Bakının Nanoyla əlaqələrə nə qədər önəm verdiyinin bariz sübutu idi. Artıq qərar verilib, Azərbaycan və Vyetnam Hökumətlərarası Birgə Komissiyasının növbəti iclası Hanoyda keçiriləcək. Bu da gələcək baxımından əlaqələrin qorunmasına edilən yatırım kimi qəbul edilməlidir. Yəni hər iki ölkə gələcəkdə də yaxın əlaqələrə indidən böyük diqqət ayıracağının mesajlarını verir. Hesab edirəm ki, Bakının uğurlu xarici siyasətindən biri də Vyetnamla bu qədər münasibətlərin qurulmasına yaxından maraq göstərməsidir”.
Chosen
0
sherg.az

1Sources