EN

Gömrük Komitəsindən iş adamının iddialarına avab

Dövlət Gömrük Komitəsi “Lion Centre” MMC-nin rəhbərinin şikayətinə münasibət bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Komitədən “Qafqazinfo”ya bildirilib ki, iş adamı Ramil Aslanovun Bakı Baş Gömrük İdarəsində ölkəyə gətirdiyi məhsulların gömrük dəyərinin doğru hesablanmadığı iddiaları araşdırılıb:

“Lion Centre” MMC-nin ünvanına idxal edilən 5 bəyannamə üzrə malların invoys qiymətləri şübhə doğurduğundan araşdırma aparılıb.

Sənədlərə əsasən qeyd edilən mallara dair invoys qiymətlərinin dəfələrlə azaldılması və nəticədə xeyli miqdarda, cəmi 98191,86 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən qəsdən yayınılması müəyyən olunub. Fakta görə 17 mart 2025-ci il tarixində Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 209.1-ci (xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma) maddəsi ilə cinayət işi başlanılıb və istintaqı aparılır.

Cinayət işi ilə əlaqədar bəyannamələri təqdim edən şəxs dəfələrlə Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət olunub, işin xüsusatları, habelə hüquq və vəzifələri ona izah olunmaqla qanunamüvafiq qaydada əlində olan sübutların istintaq orqanına təqdim olunması təklif edilib”.

Rəsmi məlumatda qeyd edilib ki, “Lion Centre” MMC-nin rəhbəri yanlış məlumatlar yayır: “2024-cü il və 2025-ci ilin ilk 4 ayı ərzində “Lion Centre” MMC adlı sahibkarlıq subyekti gömrük rəsmiləşdirilməsinə 100 ədəd gömrük bəyannaməsi təqdim edib. 100 ədəd gömrük bəyannaməsi üzrə dəyər dürüstləşdirilməsi nəticəsində fərq məbləği 1 532 398 manatdır ki, bu fərqlərin 87%-i bəyannamənin ilkin tərtibatı zamanı sahibkar tərəfindən könüllü surətdə reallaşdırılıb.

“Lion Centre” MMC adına rəsmiləşdirilən hər bir gömrük bəyannaməsi üzrə uyğunsuzluqların aşkar edilməsi və düzgün bəyan etməmə faktları mütəmadi hal alıb. “Lion Centre” MMC tərəfindən əvvəllər də dəfələrlə gömrük qaydalarının pozulması hallarına yol verilib.

Dövlət Gömrük Komitəsi tərəfindən qeyd olunan məsələlərin qanunvericilik aktlarının tələblərini nəzərə alınmaqla hüquqi müstəvidə baxılmasına üstünlük verilir”.

"Cebheinfo.az" 

Chosen
0
4
cebheinfo.az

5Sources