EN

Zelenski küçəyə çıxdı: "Ya Rusiya dəyişəcək, ya dünya"

Ukrayna Prezidenti Volodimir Zelenski, İkinci Dünya Müharibəsində faşist Almaniyasının məğlub edilməsinin 80-ci ildönümü ilə əlaqədar paytaxt Kiyevdə küçədə gəzərək görüntülü mesaj yayımlayıb.

Sherg.az xəbər verir ki, bugünün faşizmlə mübarizənin zəfər günü olaraq qeyd edildiyini vurğulayan Zelenski, İkinci Dünya Müharibəsində 8 milyondan çox ukraynalının həyatını itirdiyini bildirdi.

Zelenski, təxminən 3 il əvvəl Rusiyanın Ukraynaya qarşı müharibə başlatdığını xatırladaraq, "Təəssüf ki, 3 il əvvəl eyni şey təkrar oldu. Həmin vaxt olduğu kimi Kiyev səmasında yenidən hava hücumu sirenləri çalındı və pislik bir daha torpaqlarımıza çökməyə başladı" deyib.

Müharibəyə baxmayaraq, Ukrayna xalqının ölkədə yaşamağa davam etdiyini və sülh üçün mübarizəni davam etdirdiyini vurğulayan Zelenski, "Hər birimiz əmin olmaq istəyirik ki, sülh təmin olunsun, sülh qalib gəlsin. Biz bunun üçün mübarizə edirik" deyə bildirib.

Zelenski, bu mübarizə üçün nə lazım olduğunu bildiklərini qeyd edərək, "Ya Rusiya köklü şəkildə dəyişməli olacaq, ya da dünya dəyişməli olacaq" ifadəsini işlədib.

80 il əvvəl olduğu kimi dünyanın bu gün də "pisliyə" qarşı mübarizə aparmalı olduğunu deyən Zelenski, "Dünya, Rusiyanın faşizmdən təmizlənməsi və silahsızlaşdırılması prosesini aparmalı olacaq" deyib.

Zelenski, mesajında "Hər işğalçı sonunda torpaqlarımızı tərk edəcək. Həyat, hər zaman geri dönəcək" qiymətləndirməsini edib.
Chosen
0
sherg.az

1Sources