EN

Sırski: “Rusiya ilə razılığa gəlmək mümkün deyil”

AzVision.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Hərbi komitəsinin sədri general Robert Brigerlə keçirdiyi video-konfransdan sonra USQ-nin Baş Komnadanı özünün “Facebook” şəbəkəsindəki səhifəsində belə paylaşım edib.

Danışıqlar zamanı Aleksandr Sırski Aİ-nin Ukraynanı sursat və hava hücumundan müdafiə (HHM) sistemləri ilə təchiz etmək üçün təşəbbüslərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin korpus strukturuna keçidlə USQ komandanlığının yenidən təşkilatlanması planını təqdim edərək, Brigerlə Ukrayna əsgərlərinin hazırlığının optimallaşdırılması barədə müzakirələr aparıb.

USQ-nin Baş Komandanının sözlərinə görə, Kiyevin sülhə hazır olmasına və atəşkəs ideyasını dəstəkləməsinə baxmayaraq, Rusiya istənilən real təşəbbüsləri əngəlləyir və öz şərtlərini irəli sürməkdə davam edir.

“Ukrayna sülhə can atır və ona aparan yolların bütün formatlarını nəzərdən keçirir. Amma Rusiya bizim əsas təklifimizə - 30 günlük atəşkəsə mane olmaqda davam edir. Ədalətli və davamlı sülhə nail olmaq üçün beynəlxalq tərəfdaşların birliyi və bütövlüyü kritik əhəmiyyətə malikdir”,- Aleksandr Sirski vurğulayıb.

Moskva və Kiyevlə danışıqları davam etdirən Vaşinqton Müharibəni bitirmək üçün yollar tapmağa çalışır. Kiyev Vaşinqtonun tam atəşkəs təklifini dəstəkləsə də, Rusiya hələlik yalnız qısamüddətli “fasilələr” təşəbbüsünü irəli sürür.

Sahil İsgəndərov
AzVision.az
Chosen
0
1
azvision.az

2Sources