EN

İraq SOCAR-ı Neft Sektoruna Sərmayə Qoymağa Dəvət Edib

“İraq Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) ölkənin neft sektoruna sərmayə qoymağa dəvət edib”.

Busaat.az “Report”a istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Siya əs-Sudani Bağdadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

İraqın baş naziri ölkəsinin enerji sahəsində investisiya imkanları barədə məlumat verib, SOCAR-ın peşəkarlığını müsbət qiymətləndirib və şirkəti neft hasilatı layihələrində iştirak etməyə dəvət edib.

O, həmçinin, qaz hasilatı sənayesinin inkişafı və bu sektora aparıcı beynəlxalq şirkətlərin cəlb edilməsi istiqamətində ölkənin səylərini qeyd edib.

Chosen
0
busaat.az

1Sources