Hər il müntəzəm olaraq dərc edilən Xoşbəxt Şəhər İndeksi hesabatının 2025-ci il nəticələri açıqlanıb.
News24.az xəbər verir ki, Daily Mail-də dərc olunan indeks şəhərlərin idarəetmə, vətəndaş iştirakı, iqtisadiyyat, sağlamlıq, ətraf mühit və nəqliyyat kimi sahələrdəki performanslarını qiymətləndirib.
Budur dünyanın ən xoşbbəxt ölkələri:
Xoşbəxt Şəhər İndeksinə görə, Kopenhagen canlı mədəniyyət, idarəetmə və iqtisadi fəaliyyət mərkəzi kimi meydanıdır. Şəhər ekoloji davamlılığa sadiqliyi ilə də diqqət çəkib. Nəqliyyat sisteminin 69 faizinin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən ibarət olduğu Kopenhagendə hətta xoşbəxtliyin elmi və mədəni ölçülərinə toxunan Xoşbəxtlik Muzeyi də var.
Siyahının ikinci pilləsində 993 xalla İsveçrənin Sürix şəhəri qərarlaşıb. Sürixin ekoloji cəhətdən təmiz nəqliyyat variantları, bərpa olunan enerji təşəbbüsləri və güclü səhiyyə sistemi də mühüm xüsusiyyətlərdəndir.
Avropadan kənarda ən yüksək bal toplayan şəhər Sinqapur olub. Ümumi 979 balla şəhər indeksdə üçüncü yeri tutub. Sinqapur dünya şöhrətli universitetləri, yüksək səviyyəli vətəndaş fəallığı və çox aşağı işsizlik səviyyəsi ilə təriflənib.
Dördüncü yerdə isə Danimarkanın Orxus şəhəri qərarlaşıb. Siyahıya 958 xalla daxil olan Orhus ölkənin ikinci ən böyük şəhəridir və aktiv vətəndaş iştirakı ilə tanınır.
Fəal vətəndaş iştirakı o deməkdir ki, fərdlər sosial, siyasi və yerli səviyyələrdə qərarların qəbulu proseslərində fəal iştirak edirlər.
Beşinci yerdə 956 xalla Belçikanın Antverpen, Cənubi Koreyanın paytaxtı Seul 942 xalla siyahıda altıncı yerdə qərarlaşıb.
Günel Məlikzadə