EN

Azərbaycandakı sənaye parklarının rezidentləri indiyə qədər 511 milyon manat vəsaitə qənaət ediblər

 

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 511 milyon manatdan çox, təkcə bu ilin yanvar-mart aylarında isə 7,3 milyon manat vəsaitə qənaət ediblər.

Missiya.Az bu barədə agentliyə istinadən xəbər verir.

Xatırladaq ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Chosen
0
1
missiya.az

2Sources