“Mənə Azərbaycandan və Superliqadan təklif gəlib”.
Msport.az xəbər verir ki, bunu türkiyəli məşqçi Ərtuğrul Sağlam deyib.
Adı “Beşiktaş”la birgə hallanan 55 yaşlı mütəxəssis 2024-cü ilin mayından dekabrına qədər “Kocaelispor”un sükanı arxasında olarkən ölkəmizdən təklif aldığını açıqlayıb: “Həmin vaxt işimin başında idim, öhdəliklərim var idi. Tamamilə “Kocaelispor”un oyunlarına köklənmişdim. Bub səbəbdən təklifləri qəbul etmədim”.
Qeyd edək ki, Ərtuğrul Sağlam hazırda işsizdir.