“Deyirlər ki, Sarkisyanı çıxarıb, Nikolu gətirdilər, bəs niyə ölkə dəyişməyib?”
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın fikrincə, dünyanı dəyişmək üçün özündən başlamaq lazımdır:
“Deyirlər ki, Sarkisyanı çıxardılar, Nikolu gətirdilər – niyə ölkə dəyişmədi? Əgər ölkəni dəyişmək istəyirsənsə, təkcə baş naziri deyil, özünü də dəyişməlisən”, – o vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az