Bakı. Trend:
Qobustan Milli Tarix-Bədii Qoruğuna giriş biletlərininqiymətləri 1 iyun 2025-ci il tarixindən etibarən bahalaşacaq.
Trend xəbərverir ki, bu barədə Qobustan Milli Tarix-Bədii Qoruğu məlumatyayıb.
Belə ki, sözügedən tarixdən etibarən qoruğa gələn yerliziyarətçilər 7, əcnəbi ziyarətçilər 20, tələbələr 3, uşaqlar (15yaşadək) 2 manat ödəməli olacaqlar.
Qeyd edək ki, hazırda giriş qiymətləri yerli ziyarətçilər üçün4, əcnəbi ziyarətçilər 10, tələbələr 1, məktəblilər üçün isə 0.40AZN təşkil edir.
Əlavə edək ki, Qobustan Milli Tarixi-Bədii Qoruğu – Azərbaycanınən mühüm tarixi və mədəni irs abidələrindən biridir. Bakıdantəxminən 60 km cənub-qərbdə yerləşən bu qoruq, qədim insanməskənlərini, qayaüstü rəsmləri (petroqlifləri), kurqanları vəarxeoloji tapıntıları ilə məşhurdur.
Qoruqda 6 mindən çox qayaüstü təsvir aşkarlanıb ki, bunlarpaleolit dövründən orta əsrlərə qədər olan dövrü əhatə edir. Burəsmlər qədim insanların gündəlik həyatını, ovçuluq səhnələrini,dini ayinlərini və ətraf mühitlə münasibətini əks etdirir.
Qobustan həm də UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdirvə burada dünyada nadir rast gəlinən palçıq vulkanları damövcuddur.
Bu unikal qoruq Azərbaycanın zəngin tarixi və qədimmədəniyyətinin canlı şahididir.