EN

İsrail Ordusu "Hizbullah"ın strateji yeraltı infrastrukturunu bombalayıb

Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, XII əsrə aidŞəqif qalasınınyaxınlığındakı infrastruktura aviazərbələr nəticəsində bir sıra terrorçu zərərsizlədirilib, habelə silah-sursat və tunellər sıradan çıxarılıb.

İsrail Ordusu diqqətə çatdırıb ki, "Hizbullah" sözügedən Şəqif qalasını da raket mərkəzi və müdafiə qurğusu kimi işlədirdi.

"Bu infrastrukturun mövcudluğu və orada həyata keçirilən fəaliyyətlər İsrail ilə Livan arasındakı razılıqların açıq-aşkar pozulmasıdır",- məlumatda vurğulanır.
"Hizbullah"ın strateji silah anbarı dağıdılıb

Xatırladaq ki, mayın 6-da İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"a məxsus strateji əhəmiyyətli silah-sursat anbarını da bombalayaraq sıradan çıxarıb.

Firudin Həmidli
AzVision.az
Chosen
0
azvision.az

1Sources