EN

Paradın qonaqları artıq Zelenskinin terrorçuluğuna şübhə etmir - Zaxarova

Vladimir Zelenskinin hədələyici sözlərindən sonra Moskvada Qələbə Paradına gələn qonaqlar artıq onun terrorçuluğuna şübhə etmirlər

Sitat.info xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Kiyev rejiminin parada, paradlara, veteranlara, fəxri qonaqlara, bu tədbirlərin bütün qonaqlarına təhdid kimi dediyi hər şeyin yalnız bir xüsusiyyəti var - terrorizm və terror təhdidləri. Düşünürəm ki, buna artıq heç kim şübhə etmir", - diplomat qeyd edib.

Zelenskinin təhlükəsizlik zəmanətlərinin olmaması ilə bağlı sözlərinin əcnəbi qonaqlara təsir edib-etməməsi ilə bağlı sualı cavablandıran Zaxarova deyib: “Düşünürəm ki, əgər onların təsiri olubsa, o zaman dünyanın kiminlə, nə ilə məşğul olduğunu daha yaxşı başa düşmək baxımından olub. İndi susuram, çünki işlətmək istədiyim sözləri efirdə işlədə bilmirəm”.

Onun sözlərinə görə, Zelenski “demokratiya uğrunda döyüşən deyil, Ukraynanın hansısa azadlığının, müstəqilliyinin müdafiəçisi deyil. Qərb pulu ilə böyüdülmüş, Qərb silahları ilə təchiz edilmiş və Qərbin icazəsi ilə hərəkət edən əsl terror canavarıdır”.

Zaxarova qeyd edib ki, Qərb Rusiyaya strateji məğlubiyyət verəcəyinə ümid edir, o zaman bu məqsədə nail olunduğu müddətdə Kiyev rejimi hər şeydən yaxa qurtaracaq. Bu isə tamamilə qanundan, məntiqdən və hüquqdan kənar ifadələrdir. 

Nigar, 

Sitat.info

Chosen
0
sitat.info

1Sources