EN

Mərkəzi Bank elektron pul təşkilatına icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı elektron pul və ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən "Payriff" QSC-yə məcburi qaydada yerinə yetirilməli olan göstəriş təqdim edib.

Valyuta.az xəbər verir ki, bu qərarın əsas səbəbi kimi, “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 3.2 və 4.2-ci bəndlərində nəzərdə tutulan minimum məcmu kapital tələblərinin pozulması göstərilir.

Bundan əlavə, Mərkəzi Bank "Payriff"ə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı da irad bildirib.

Verilən göstəriş, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddəsinə əsasən tənzimlənib.

Maya Hüseynova

Chosen
0
valyuta.az

1Sources