Türkiyə Super Liqasında XXXV turda keçiriləcək “Trabzonspor” – “Qalatasaray” oyununun hakimləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, görüşün baş hakimi Atilla Karaoğlan olacaq. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Turun “Başakşəhər” – “Fənərbağça” görüşündə isə Burak Pakkan idarəçilik edəcək.
34 turdan sonra “Qalatasaray” 83 xalla liderdir. İkinci “Fənərbağça”nın isə 75 xalı var.