"Hindistan və Pakistan münaqişəsini yalnız diplomatik yol ilə həll etmək olar. Ayrı yol olaraq, gələcəkdə pis müharibə görürəm".
Bu fikirləri Redaktor.az-a millət vəkili Aqil Abbas Hindistan-Pakistan münaqişəsindən danışarkən bildirdi.
"Hər iki dövlətin nüvə silahı var, demək olar ki, hər ikisinin ağlı eyni cürdür. Nüvə silahından istifadə edə bilərlər. Bu səbəbdən bütün dünya bu məsələyə qarşımalıdır. Münaqişəni sakitləşdirmək lazımdır. Pakistan Hindistandan ayrılanda hər zaman müharibədə olublar. Kəşmirdə 100 milyondan artıq müsəlman yaşayır. Münaqişələri elə bunun üzərindədir. Mənim fikrimcə ağılları yoxdur, Hindistanı elə də ağıllı saymıram. Özü dava edir, Ermənistana da silah verir. Pakistan bizim tərəfdaşımızdır, dostumuzdur, əzizimizdir. Mən də, elə cammat da Pakistanın tərəfini saxlayır. Amma istəmırik ki, insanlar canlarından olsunlar. Nüvə silahına əl atsalar, müharibə daha da şiddətlənəcək", - deyə Aqil Abbas bildirdi.
Aytəkin TOFİQQIZI