EN

“Qanunla qanunsuzluq olmaz” – Həkimlərdən Mehriban Əliyevaya müraciət / VİDEO

MEDIA TV-də yayımlanan süjetdə plastik cərrahlar peşə fəaliyyətlərinə dair narahatlıq doğuran bir məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ediblər.

QHT.az xəbər verir ki, sözügedən verilişdə bildirilib ki, bir qrup plastik cərrah Səhiyyə Nazirliyinin son qərarından narazıdır. Daha əvvəl qanuni əsaslarla və rəsmi şəkildə ümumi cərrah olaraq plastik əməliyyat aparmaq üçün sertifikat almış bir sıra həkimlərin bu sənədləri ləğv edilib. Jurnalist Könül Cəfərli süjetdə bildirib ki, bu hal tibb ictimaiyyəti arasında haqlı narazılığa səbəb olub. Onun sözlərinə görə:

“Daha öncə Səhiyyə Nazirliyi tərəfindən qanuni əsaslarla və rəsmi şəkildə plastik cərrah kimi fəaliyyətinə icazə verilən ümumi cərrahların da sertifikatı ləğv olunub. Həkimlərin haqlı etirazına səbəb olan bu hal qanunla qanunsuzluq etməyə bənzəyir. Belə ki, hüquqi baxımdan heç bir rəsmi qurum özü verdiyi sənədi özü də ləğv edə bilməz. Edərsə, bugünkü kimi ortaya qarışıq və absurd mənzərə çıxar”.

Hazırda mövzu geniş rezonans doğurub və həkimlər məsələ ilə bağlı aidiyyəti qurumların aydın və hüquqa əsaslanan izahat verməsini gözləyirlər.

Daha ətraflı videoda:

 

 

Pərvanə Fərhadqızı

Chosen
0
qht.az

1Sources