EN

Türkmənistan Xəzər dənizi ilə bağlı məsələlər üzrə işçi qrupun növbəti iclasına ev sahibliyi edəcək

Aşqabad. Trend:

Xəzər dənizi ilə bağlı məsələlər üzrə Yüksək Səviyyəli İşçiQrupunun növbəti iclasına Türkmənistan ev sahibliyi edəcək.

Trend xəbər verirki, bu barədə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyiməlumat yayıb

Qərar Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakovunsədrliyi ilə keçirilmiş Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ)onuncu iclasının yekunlarına əsasən qəbul olunub.

Danışıqlarda beş Xəzəryanı dövlətin – Azərbaycan, İran,Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri iştirak ediblər.Türkmənistan nümayəndə heyətinə Murad Atacanov rəhbərlik edib.

Məlumatda bildirilir ki, tərəflər Xəzər dənizində əsas başlanğıcxətlərin müəyyən edilməsi metodikasının müzakirəsini davametdiriblər – bu məsələ dəniz sərhədlərinin hüquqi tənzimlənməsibaxımından əsas element hesab olunur. Bununla yanaşı, nümayəndələrregional əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar vəXəzəryanı ölkələrin xarici işlər nazirlərinin qarşıdakı görüşünəhazırlıq məsələlərini nəzərdən keçiriblər.

Növbəti görüşün dəqiq tarixi diplomatik kanallar vasitəsiləmüəyyənləşəcək.

Chosen
0
az.trend.az

1Sources