EN

İbrahim Rəisi haqqında kitab nəşr edilib

İranın sabiq prezidenti haqqında kitab nəşr edilib .

Sitat.info "Azad İran" telegram kanalına istinadən xəbər verir ki, İranın keçmiş prezidenti İbrahim Rəisinin yaxın ətrafının 222 hekayəsindən ibarət “Hardasan” adlı kitab nəşr olunub.

Məlumata görə, kitabda İbrahim Rəisinin 33 aylıq prezidentlik dövrünün xatirələri toplanıb. Kitabın adı isə “Hacı ağa haradasan?” ifadəsindən götürülüb.

Qeyd olunub ki, bu ifadə ötən il Rəisini daşıyan helikopterin Vərziğan bölgəsindən sonra axtarış aparanlardan birinin Azərbaycan dilində “Hacı ağa haradasan?” deyə səslənməsindən yaranıb.

Aytac,

Sitat.info

Chosen
0
sitat.info

1Sources