EN

Məşhur aktrisanın İspaniyadakı evi zəbt olundu - FOTO

Məşhur aktrisanın İspaniyadakı evi zəbt olundu - FOTOTürkiyənin tanınmış aktrisası Ezgi Mola 2023-cü ildə İspaniyanın məşhur Barselona şəhərindən daşınmaz əmlak alaraq xaricdə sərmayə yatıran məşhurlar sırasına qoşulmuşdu. Lakin bu yatırım gözlənilməz bir problemlə gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Ezgi Mola üçün Barselonanın tarixi və turistik El Born məhəlləsində aldığı ev, İspaniyada geniş yayılmış "okupa" (qanunsuz zəbt) hərəkatının hədəfinə çevrilib.

Barselonada yaşayan və evi zaman-zaman yoxlayan yaxın dostu son ziyarəti zamanı evdə yad şəxslərin yaşadığını aşkar edib və dərhal bu barədə məlumat verib. Beləliklə, Ezgi Mola evinin qanunsuz şəkildə zəbt olunduğunu öyrənib. Evin qapısını açan şəxslər özlərini "okupa" kimi təqdim edərək oradan çıxmaqdan imtina ediblər.

İspaniyada "okupa" adlanan bu hərəkat boş evlərin sosial və yaşayış məqsədilə qanunsuz şəkildə tutulmasını nəzərdə tutur. Xüsusilə Barselona və Madrid kimi iri şəhərlərdə bu hallara tez-tez rast gəlinir. Mülk sahibləri isə evlərini geri qaytarmaq üçün uzunmüddətli və çətin hüquqi prosedurlardan keçməli olurlar. İspan qanunlarına əsasən, ev zəbt edildikdən sonra işğalçılar müəyyən hüquqlara malik sayılır və onların çıxarılması aylar, hətta illərlə çəkə bilər.

Ezgi Mola evini geri qaytarmaq üçün vəkilləri vasitəsilə hüquqi prosesə start verib. Onun El Born bölgəsində yerləşən evinin qiyməti dəqiq bilinməsə də, həmin ərazidəki daşınmaz əmlakların 700 min avrodan başladığı və milyonlarla ölçüldüyü bildirilir. Bu da o deməkdir ki, aktrisa həm mülkünü, həm də dəyərli sərmayəsini qorumaq üçün ciddi mübarizə aparmalı olacaq.
Məşhur aktrisanın İspaniyadakı evi zəbt olundu - FOTO

Chosen
0
sonxeber.az

1Sources