EN

“Napoli” “Liverpul”un hücumçusunu istəyir

“Liverpul”un hücumçusu Darvin Nunyes karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, uruqvaylı futbolçu ön xətti gücləndirmək istəyən “Napoli”nin maraq dairəsinə düşüb.

İngiltərədəki qeyri-sabit mövsümdən və “Liverpul”da mümkün heyət dəyişikliyindən sonra klub Nunyesi satmağı düşünə bilər. “Qırmızılar” futbolçunu 50-55 milyon avroya satmağı düşünür və onun çıxışından asılı olaraq, bu məbləğə bonuslar əlavə oluna bilər.

25 yaşlı forvard bu mövsüm “Liverpul”da 50-dən çox oyun keçirib. Hücumçu qol şanslarının çoxunu boşa versə də, “Napoli” onu hücum xəttini gücləndirmək üçün ideal namizəd kimi görür.

Qeyd edək ki, Nunyesin “Liverpul”la 2028-ci il iyunun 30-na kimi müqaviləsi var.

Chosen
0
msport.az

1Sources